“Qarabağ”ın Bolqarıstanın ÇSKA(Sofiya) klubunun yarımmüdafiəçisi Ceyms Etonu transfer etmək istəyir.
Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Lakin Ağdam təmsilçisi futbolçu üçün 2 milyon avro ödəməlidir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Xatırladaq ki, ÇSKA “Qarabağ”ı Avropa Liqasının seçmə mərhələsinin ikinci turunda (0-0, 0-0, penaltilərdə 5-4) mübarizədən kənarlaşdırıb və Eto cavab görüşündə həlledici penaltini yerinə yetirmişdi.
Mənbə: qafqazinfo.az