Dünya çempionu olmuş sabiq futbolçu Mesut Özilin Ukraynanın “Mirotvorets” internet saytının məlumat bazasına daxil edildiyi iddia olunur.
Buna səbəb Özilin FİFA-nın Rusiya və İsrail komandalarına münasibətdə fərqli mövqe sərgiləməsini tənqid etməsi olub.
Sabiq futbolçu açıqlamasında FİFA-nın İsrail komandalarına qarşı heç bir məhdudiyyət tətbiq etmədiyi halda, Rusiya komandalarına sanksiyalar tətbiq etməsini ikili standart kimi qiymətləndirib.
“Artıq ikili standartları bir kənara qoyub, inşallah, hamıya bərabər yanaşarlar”, – deyə Özil bildirib.
Qeyd edək ki, “Mirotvorets” Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığını iddia etdiyi şəxslərin məlumatlarını dərc edən internet saytıdır. Bu bazaya daxil edilmək özlüyündə rəsmi dövlət sanksiyası hesab olunmur.
Mənbə: bizim.media