2028-ci il Olimpiadasını klassik şahmat üzrə son turnirim kimi görürəm - Nakamura

2028-ci il Olimpiadasını klassik şahmat üzrə son turnirim kimi görürəm - Nakamura

Amerikalı ulduz qrossmeyster Hikaru Nakamura klassik şahmat karyerasını başa vura biləcəyi tarixi açıqlayıb.

38 yaşlı idmançının sözlərini “Rookreviev” sitat gətirib.

Nakamura deyib: “2028-ci il Olimpiadasını klassik şahmat üzrə son turnirim kimi görürəm. Xüsusilə klassik vaxt nəzarətini nəzərdə tuturam, sürətli şahmat, blits və ya digər formatları yox”.

Qrossmeyster həmçinin əlavə edib ki, ümumiyyətlə, vaxt nəzarətinin təfsirini dəyişdirmək və 60 dəqiqədən az vaxt ayrılan oyunları sürətli hesab etmək istəyir, baxmayaraq ki, bir çox turnirlərdə 45 dəqiqəlik vaxt nəzarəti olan oyunlar da “klassik” hesab olunur.

Mənbə: publika.az