UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” klub rəhbərliyi tərəfindən mükafatlandırılacaq.
Ağdam təmsilçisinin prezidenti Tahir Gözel oyunçulara “premiya” sözü verib.
O, futbolçulara qrupa düşəcəkləri halda 1 milyon manat mükafat ayıracağını bildirib.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandası ilə qarşılaşacaq.
Mənbə: qafqazinfo.az