Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanında bir neçə İran dronunu aşkarlayıb və onların qarşısını almaq üçün tədbirlər görüb.
Bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Səud Əbdüləziz əl-Ətvan məlumat verib.
Onun sözlərinə görə, “İran təcavüzü” nəticəsində mühüm obyekt hücuma məruz qalıb. Dronların qalıqlarının düşməsi nəticəsində 4 nəfər yaralanıb. Yaralananlardan biri Küveyt, ikisi İtaliya, biri isə Pakistan vətəndaşıdır.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hücum nəticəsində, həmçinin maddi ziyan qeydə alınıb.
Küveyt Müdafiə Nazirliyi silahlı qüvvələrin yüksək hazırlıq vəziyyətində olduğunu, ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlərin görüldüyünü bildirib.
Mənbə: bizim.media