İran Küveytə hücumla bağlı ittihamları təkzib etdi

İran Küveytə hücumla bağlı ittihamları təkzib etdi

İran Küveytin strateji əhəmiyyətli obyektlərindən birinə hücumla bağlı ittihamları təkzib edib.

"Bakupost" xəbər verir ki, ölkənin Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçinin sözlərinə görə, bu ittihamlar İsrail və ABŞ-ın regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etməyə xidmət edir.
“İsrail və ABŞ qüvvələrinin keçmişdəki düşmənçilik fəaliyyətlərini, saxta bayraq altında həyata keçirdikləri əməliyyatları və regional avantüralardakı rolunu nəzərə alsaq, bu ittihamlar onların əməllərini davam etdirmək və regionda qeyri-sabitliyi artırmaq cəhdlərini ört-basdır etmək kimi qiymətləndirilir”, – deyə Şikarçi bildirib.
Qeyd edək ki, İranın dronla Küveytdə obyektlərdən birinə zərbə endirdiyi, nəticədə iki İtaliya vətəndaşının ölməsi barədə məlumat yayılmışdı.

Mənbə: www.bakupost.az