Bu, insan beynini məhv edən dəhşətli bir şeydir - Tokayev

Bu, insan beynini məhv edən dəhşətli bir şeydir - Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “TikTok”un, xüsusilə gənclərin beyin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.

O, bunu Moskvada keçirilən “AI Journey 2026” konfransında gənc mütəxəssislərlə görüşündə deyib.

Tokayev smartfonlardan düzgün istifadə və əhalinin rəqəmsal bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu bacarıqlar insanlara internet vasitəsilə gəlir əldə etmək imkanı yaradır.

Mənbə: www.bakupost.az