İsraildə məscidlərdə azanın səsgücləndiricilər vasitəsilə verilməsinə xüsusi icazə tələb edən qanun layihəsi parlamentdə qəbul olunmayıb.
Sənədin lehinə 45 deputat, əleyhinə isə 63 deputat səs verib.
Müzakirələr zamanı ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə deputatlar arasında münaqişə yaranıb. Nəticədə nazir iclas zalından çıxarılıb.
Mənbə: bizim.media