Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hökumət binası qarşısına toplaşan və pasportlarında doğum yeri kimi Azərbaycanın göstərilməsinə etiraz edən erməni separatçıları ilə mübahisə edib.
Bu barədə erməni mətbuatı yazıb.
Etirazçıların “Artsax Ermənistandır” sözlərinə Simonyan belə cavab verib:
“Bəs onda burada nə edirsiniz?”
O, həmçinin xatırladıb ki, etirazçılar dünyaya gələndə “Artsax” adlı dövlət mövcud olmayıb, sonradan isə həmin qurumu elə hakimiyyətdəkilərin özləri (qondarma rejimin rəhbərləri – red.) ləğv edib.
Mənbə: bizim.media