Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün – 2027-ci il yanvarın 29-dək uzadıb.
Publika.az xəbər verir ki, müvafiq fərmanlar prezidentin rəsmi saytında dərc olunub.
Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hərbi vəziyyət və ümumi səfərbərliyin 21-ci dəfə uzadılmasıdır.
Qanunvericiliyə əsasən, sağlamlıq baxımından yararlı hesab edilən və möhlət hüququ olmayan 25-60 yaşlı kişilər məcburi səfərbərliyə cəlb edilə bilərlər.
Mənbə: publika.az