13 oktyabrda Ankaradakı Azərbaycan səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edən türkiyəli fəal Fatih Erşahin sosial media paylaşımlarına görə polis bölməsinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə o özü sosial mediada paylaşım edib.
Erşahin əvvəllər də Azərbaycanda hicab qadağası ilə bağlı iddialar yaymış və dini şüarlarla müşayiət olunan etiraz aksiyasında iştirak etmişdi.
"Ankara polisi məni sosial media paylaşımlarımla bağlı ifadə verməyə çağırdı", - deyə o qeyd edib.
Lakin Türkiyə hüquq-mühafizə orqanları hələlik çağırışa səbəb olan konkret paylaşımları və ya Erşahinin istintaq altında olub-olmadığını rəsmi olaraq açıqlamayıb.
Mənbə: unikal.az