Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi və ölkəyə girişi qadağan edilən türkiyəli jurnalist Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb.
Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Onun sosial media hesabından etdiyi paylaşımlar səbəbi ilə İstanbul polisi tərəfindən saxlanıldığı bildirilir.
Qeyd edək ki, Muhammed Emin Yıldırım Azərbaycana girişinə qadağa qoyulan 31 Türkiyə vətəndaşı arasında yer alıb.
Mənbə: oxu.az