Rusiyada deputatların hərbi toplanışa cəlb olunması təklif edilir

Rusiyada deputatların hərbi toplanışa cəlb olunması təklif edilir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatların hərbi toplanışlara cəlb olunmasını təklif edib.

Bu barədə məlumatı “Kommersant” yayıb.

“Rusiya Müdafiə Nazirliyi Dövlət Dumasının deputatları üçün hərbi toplanışların keçirilməsi məsələsini işləyib hazırlasın. Biz isə siyahıları hazırlayacağıq”​, - deyə Dumanın spikeri qeyd edib.

Volodin deputat məzuniyyətlərini hərbi toplanışlarla əvəz etməyi təklif edib: “Əgər siyasətçi xalq tərəfindən seçilibsə və xalqın adından qərarlar qəbul edirsə, hərtərəfli hazırlıqlı olmalıdır”.

Onun sözlərinə görə, toplanışları keçdikdən sonra deputatlar bu mövzu ilə bağlı qanun layihələrinin baxılmasına və qəbuluna daha məsuliyyətlə yanaşacaqlar.

Mənbə: qafqazinfo.az