Kallas: "Avropanın mövcudluğuna ən böyük təhlükə Rusiyadır" – VİDEO

Kallas: "Avropanın mövcudluğuna ən böyük təhlükə Rusiyadır" –

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Avropa ölkələrinin mövcudluğu üçün təhlükə yaratdığını bəyan edib.

Onun sözlərinə görə, Avropa artıq Rusiyadan qaynaqlanan ciddi təhdidlərlə üz-üzədir və buna görə də müdafiə qabiliyyətini gücləndirmək niyyətindədir.

Kallas həmçinin Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa, atəşkəsə nail olmaq üçün danışıqlara başlamağa və ədalətli, davamlı sülhün əldə olunmasına çağırıb.



Mənbə: bizim.media