Maduronun məhkəməsinin tarixi məlum oldu

Maduronun məhkəməsinin tarixi məlum oldu

Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin məhkəmə prosesinin gələn ilin iyun ayında başlaması nəzərdə tutulur.

Bu barədə Nyu-York məhkəməsi qərar çıxarıb.

Hakim Alvin Hellerşteyn məhkəmə iclası zamanı “1 iyun 2027-ci il” deyə bildirib.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.

Mənbə: qafqazinfo.az