Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? - AÇIQLAMA

Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? -

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsi “Arzum 9999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın apellyasiya şikayətini təmin edərək, onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Məlumdur ki, İ.Hacıyeva Almaniyada yaşayır və himayəsində olan dörd övladı da hazırda həmin ölkədədir. O, ev dustaqlığında olduğu müddətdə övladlarını ziyarət etmək üçün ölkədən çıxa bilərmi?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan hüquqşünas Rövşən Məmmədov deyib ki, Bakı Apellyasiya Məhkəməsi bu gün tiktokerin həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib və şərt irəli sürüb:
“Vəkilləri məhkəməyə onun dörd azyaşlı övladının olmasını və həbsdə qalsa, uşaqların Almaniyada sığınacağa düşmək riski olduğunu deyiblər.

Amma bu o demək deyil ki, ona Almaniyaya getməyə icazə verilib. Hazırda ev dustaqlığı qərarı qüvvədə qalır və o, məhkəmənin müəyyən etdiyi şərtlərə əməl etməlidir. Xaricə getmək üçün ayrıca məhkəmə qərarı və ya qətimkan tədbirinin dəyişdirilməsi gərəkdir. Hazırda rəsmi açıqlanan məlumatlarda ona Almaniyaya getməyə icazə verildiyi barədə heç bir qeyd yoxdur”.

Mənbə: bizim.media