Ballistik raketlərin istehsalı müharibə dövründə də dayandırılmayıb - İran

Ballistik raketlərin istehsalı müharibə dövründə də dayandırılmayıb -

İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şəkərçi ölkədə ballistik raketlərin istehsalının müharibə dövründə fasiləsiz davam etdiyini açıqlayıb.

O, bu barədə yerli mətbuata açıqlamasında danışıb.

Şəkərçinin sözlərinə görə, raket istehsalı atəşkəs rejiminin pozulmasından sonra da dayandırılmayıb.

"Rəqiblərimiz bütün kəşfiyyat vasitələrindən istifadə etmələrinə baxmayaraq, raketlərimizi harada istehsal etdiyimizi hələ də müəyyən edə bilmirlər", – deyə İran Silahlı Qüvvələrinin sözçüsü bildirib.



Mənbə: bizim.media