SEPAH İordaniyadakı ABŞ bazalarına hücum etdi

SEPAH İordaniyadakı ABŞ bazalarına hücum etdi

İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, SEPAH bazalara raket hücumunun görüntülərini paylaşıb. Paylaşımda raketin üzərində Yaxın Şərqdəki ABŞ hərbi bazalarının xəritə üzərində yerləşdiyi ərazilər göstərilir. Xəritənin altında isə “İran Amerikanın Yaxın Şərqdəki bazalarına zərbələr endirir” ifadəsi yer alıb.

“İran xalqının təhlükəsizliyini pozmağa davam etdiyiniz müddətcə heç biriniz güvəndə olmayacaqsınız. Bunu bir neçə dəqiqədən sonra biləcəksiniz”, - deyə paylaşımda qeyd olunub.

Müəllif: Roza

Mənbə: publika.az