İsrailin ifrat sağçı "Yəhudi Gücü" partiyasının təmsilçisi, keçmiş irs naziri Amiçai Eliyahu Qəzzanın yenidən İsrailin nəzarətinə keçirilməsini və bölgədə yəhudi yaşayış məntəqələrinin salınmasını “son məqsəd” adlandırıb.
Eliyahu bu barədə KAN-a açıqlamasında danışıb.
O bildirib ki, İsrailin Qəzzada yenidən yaşayış məntəqələri qurması gündəmdədir.
Eliyahu İsrailin Baş naziri Benyamin Netanyahunun hələlik bu məsələni gündəmə gətirmədiyini, lakin mövzunun müzakirə olunduğunu bildirib.
Qeyd edək ki, İsrail 1967-ci ildə Qəzza zolağını işğal edib və burada qanunsuz yəhudi yaşayış məntəqələri yaradıb. Bu məntəqələr 2005-ci ildə boşaldılsa da, son dövrlərdə bəzi ifrat sağçı israilli siyasətçilər onların yenidən qurulmasını müdafiə edirlər.
Müəllif: Roza
Mənbə: publika.az