Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı müzakirə etdilər

Gürcüstan və Türkiyə müdafiə sahəsində əməkdaşlığı müzakirə etdilər

Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker və hərbi attaşe polkovnik İlhan Oktendural ilə görüşüb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.


Mənbə: unikal.az