Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, eləcə də xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı əməliyyat keçirib.

Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb.

Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb. Həyata keçirilən digər tədbir zamanı isə qeyd edilən qoruğun ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov da saxlanılıblar. Həmin şəxslərdən dörd ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd müxtəlif növ çöl quşu aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az