Meğrinin meri həbs edildi

Meğrinin meri həbs edildi

Ermənistanın Meğri icmasının meri Xaçatur Andreasyan həbs edilib.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Rüşvətxorluq və korrupsiya ilə bağlı cinayət işi çərçivəsində səkkiz nəfər həbs edilib, o cümlədən Meğri icmasının rəhbəri və Eko-Patrul Xidmətinin Sünik regional şöbəsinin rəisi də saxlanılıb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az