Şəkidə istirahət mərkəzində 2 nəfərin ölümü ilə bağlı araşdırma BAŞLADILDI

Şəkidə istirahət mərkəzində 2 nəfərin ölümü ilə bağlı araşdırma

Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirməsi ilə bağlı araşdırma başlanılıb.

Faktla bağlı araşdırma Şəki rayon prokurorluğunda aparılır.

Qeyd edək ki, sentyabrın 8-də günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırıldığı, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirdiyi bildirilib.


Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilib.

Bizim.Media

Mənbə: bizim.media