Qanq 175 illik “Şiva”nı uddu - Video

Qanq 175 illik “Şiva”nı uddu - Video

Hindistanın Qərbi Benqaliya ərazisində Qanq çayının daşması nəticəsində 175 illik qədim Şiva məbədi uçaraq sulara qərq olub.

Bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Hadisə yerli sakinlərin gözü qarşısında baş verib. Ötən ildən qəzalı vəziyyətdə olan tarixi tikili suyun kəskin qalxmasına tab gətirməyib.

Fəlakətlə əlaqədar 2 minə yaxın sakin ərazidən təxliyə olunaraq məktəblərdə yerləşdirilib.

Mənbə: qafqazinfo.az