Tramp İrana yenidən zərbə endirəcək?

Tramp İrana yenidən zərbə endirəcək?

ABŞ-də ara seçkilərdən sonra Prezident Donald Trampın İranla bağlı növbəti addımları müzakirə olunur. Müharibənin davam etməsi qlobal iqtisadiyyata da təsir göstərir.

Tramp hazırda İrana hücum üçün təcili planın olmadığını, lakin zərurət yaranarsa, hərəkətə keçməyə hazır olduğunu bildirib.
Vaşinqtonun qarşısında üç ssenarinin olduğu bildirilir: İranın strateji obyektlərinə məhdud hücum, ölkənin hərbi və mülki infrastrukturunu hədəf alan genişmiqyaslı əməliyyat və ya Tehranla razılaşma.
Demokratların Konqresdə çoxluğu qazanması hərbi büdcəyə məhdudiyyətlərin artırılması və müharibə ilə bağlı araşdırmalar vasitəsilə Tramp administrasiyasının qərarlarını çətinləşdirə bilər.
İran rəsmiləri isə ABŞ-nin siyasətinin dəyişməyəcəyini bildirərək, mümkün yeni hücumun ciddi nəticələri olacağı barədə xəbərdarlıq ediblər.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az