Paraqvay Prezidenti Santyaqo Penya ölkənin ən böyük banklarından biri olan “Ueno Bank”ın çökməsi nəticəsində yaranan böhran fonunda vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.
“Əgər hər hansı bir məqamda xalqın gözləntilərini doğralda bilməmişəmsə, onlardan üzr istəyirəm. Mənə göstərdiyiniz etimada xəyanət etmək heç vaxt niyyətim olmayıb”, – deyə Penya bildirib.
O əlavə edib ki, istefa qərarı onun həyatında verdiyi “ən çətin qərarlardan biri” olub.
Paraqvay Mərkəzi Bankı bu həftə “Ueno Bank” üçün məcburi tənzimləmə (sağlamlaşdırma) prosesinə başlamaq qərarına gəlib. Bu, 2,94 milyon müştəriyə – Paraqvaydakı yetkin əhalinin təxminən 63%-nə təsir göstərib.
Mənbə: qafqazinfo.az