ABŞ Dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində iştiraka hazırlaşmaq üçün vəzifəsindən istefa verə bilər.
Bu haqda Britaniyanın “The Independent” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Rubio özünü prezident Donald Tramp administrasiyasının siyasətlərindən, o cümlədən İrana qarşı ehtimal olunan hər hansı hərbi əməliyyatdan uzaqlaşdırmalıdır. Nəşr hesab edir ki, belə bir addım onun prezidentliyə namizədlik uğrunda mübarizədə şanslarını artıra bilər.
Mənbə: qafqazinfo.az