Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş — ŞOK ADLAR ÜZƏ ÇIXDI

Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş — ŞOK ADLAR ÜZƏ ÇIXDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məlumatlar yayılıb.

Prezident Aparatının sabiq rəhbəri planlarını yazılı olaraq Rusiyanın yüksək vəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsi ilə çatdırırmış. Əldə edilən xəbərlərdən görünür ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində Sevil İsmayılova aparıcı rol oynayır. Ramiz Mehdiyev hazırladığı əl yazmada Azərbaycanın son 5 ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.

Oxu24.com xəbər verir ki,bu barədə CityPost.az saytı təfərrüatlı məlumat yayıb.

Ramiz Mehdiyev istintaqçılara etiraf edib ki, “Əlyazmanın məzmunu xatirimdədir, əlyazmanın şəxsən özüm təxminən avqust ayından 1 ay öncədən hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etmişdim”.

Ramiz Mehdiyev tərəfindən Sevil İsmayılovaya Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin müavini Rəşad Qurbanov vasitəsi ilə həmin əlyazmanı ona çatdırmaq tapşırığı verilibmiş. Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulubmuş.

Bundan başqa, Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının təfərrüatı əksini tapan sənəd də istintaq qrupunun əlinə keçib. Ramiz Mehdiyevin hazırladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı sənəd Sevil İsmayılova vasitəsilə Rəşad Qurbanova göndərilməli imiş.

Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, “Şərq-Qərb” nəşriyyat evində daldalanan Sevil İsmayılova heç də adi fiqur deyilmiş. O, əslində Rusiya Xarici Kəşfiyyat Xidmətinin ifşa edilmiş agentidir. Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə agent kimi Sevil İsmayılovanın Ramiz Mehdiyev tərəfindən cəlb etdiyi və istintaqa verdiyi izahatlar əsasında onu ələ verdiyi deyilir.

Sayt yazır ki,Ramiz Mehdiyev hakimiyyətə gələcəyi tərzdə mühüm postları tutacaq adamların kimliyini də dəqiqləşdiribmiş.

Boz Kardinal Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovu baş nazir, “Şərq-Qərb” Sevil İsmayılovanı vitse prezident, həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından doğulan erməni əsilli oğlu (Ramiz Mehdiyevin oğulluğu) uzun müddət Daxili İşlər Orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmış Levon Qurskayanı Daxili İşlər naziri, “Karat” Şirkətlər qrupunun rəhbəri sabiq deputat Əsabil Qasımov Gömrük Komitəsinin sədri, sabiq deputat Aqiyə Naxçıvanlını Elm və Təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəylini Milli Məclisin sədri, kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, sabiq deputat Bəxtiyar Sadıqovu Media və Yayım Şurasının sədri, hazırda məhkumluq həyatı yaşayan Eldar Həsənovu Xarici İşlər naziri, kürəkəni sabiq deputat İlham Əliyevi Ədliyyə naziri, Baş nazirin keçmiş müavini, hazırda Rusiyada sığınacaq tapmış Abbas Abbasovu İqtisadiyyat naziri, öz doğma oğlu Timur Mehdiyevi Baş Prokuror, sabiq Nəqliyyat naziri Ziya Məmmədovu Prezident Aparatının Ərazi İdarəetmə Şöbəsinin müdiri, Prezident Aparatının sabiq Şöbə müdiri Fatma Abdullazadəni Prezident Administrasiyasının rəhbəri və sabiq deputat Elton Məmmədovu Bakı şəhər İcra Hakimiyyətinin Başçısı təyin edəcəkmiş.

Sayt yazır ki, Ramiz Mehdiyevin məktub daşıyanı – daha doğrusu poçtalyonu Sevil İsmayılovanın rəhbərlik etdiyi Ramiz Mehdiyevin sahibi olduğu “Şərq-Qərb” nəşriyyatının Maliyyə Departamenti bu gün də AMEA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Milli Ensiklopediyasının akademiya şəhərciyindəki binasında yerləşir. AMEA-nın mətbuat xidmətinə mövzuya dair sorğu göndərsək də, heç bir dürüst cavab ala bilmədik.

Mənbə: oxu24.com