Mayk Consondan qərar: Respublikaçıların lideri vəzifəsindən gedir

Mayk Consondan qərar: Respublikaçıların lideri vəzifəsindən gedir

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Konqresin yeni tərkibində respublikaçılar fraksiyasına rəhbərlik etməyəcək.

Bu barədə məlumatlı mənbələr bildiriblər.

Mənbələrin məlumatına görə, Conson bu barədə əməkdaşlarına bildirib.

Qeyd edək ki, demokratların yanvarda Nümayəndələr Palatasına nəzarəti ələ keçirməsindən sonra respublikaçıların azlıq lideri vəzifəsi partiyanın palatadakı ən yüksək rəhbər postuna çevriləcək. Respublikaçıların yeni azlıq liderini müəyyənləşdirmək üçün noyabrın 10-da partiyadaxili səsvermə keçirməsi planlaşdırılır.

Mənbə: publika.az