Siyasi partiyalara ayrılan vəsaitin artırılması müzakirə olunur

Siyasi partiyalara ayrılan vəsaitin artırılması müzakirə olunur

“Siyasi partiyalara ayrılan vəsait artıq ardıcıl bir neçə ildir stabil olaraq qalır. Bunu müzakirə edə bilərik”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

"Əgər həqiqətən də bunun istifadə istiqamətləri ilə bağlı təkliflər formalaşacaqsa və onların büdcə prinsiplərinə uyğun icrası təmin edilə biləcəksə baxıla bilən bir istiqamətdir" , - nazir vurğulayıb.

Günay Şahmar

Mənbə: bizim.media