İtaliyalı nazir Bakıya gələcək

İtaliyalı nazir Bakıya gələcək

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək.

Report-a istinadla xəbər verilir ki, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

O, noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumuna qatılacaq. Forumda iştirak etmək üçün XİN rəhbərini energetika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndəsi müşayiət edəcək.


Mənbə: yenisabah.az