Zelenski Maskı hədəfə aldı - “Avropa və Kiyevin işinə qarışmasın”

Zelenski Maskı hədəfə aldı -

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı milyarder İlon Maskın açıqlamalarını tənqid edərək onu Avropanın və Ukraynanın siyasi proseslərinə müdaxilə etməkdə ittiham edib.

Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri vurğulayıb ki, başqa ölkənin vətəndaşı belə məsələlərə təsir göstərmək hüququna malik deyil. Onun sözlərinə görə, Maskın Avropanın necə yaşamalı olduğu və Kiyevə kimin rəhbərlik etməli olduğu barədə fikirləri müəllifinin yüksək nüfuzu və sərvəti səbəbindən ciddi təsir gücünə malikdir.

Qeyd edək ki, İlon Mask oktyabr ayında “X” sosial şəbəkəsində Vladimir Zelenskinin istefaya getməsinə çağırıb. O, bu çağırışını Ukrayna prezidentinin müharibənin başa çatmasında maraqlı olmadığı, qarşıdan gələn seçkilərdən və hakimiyyəti itirmək ehtimalından çəkindiyi barədə yayılan fikirlərə münasibət bildirərkən səsləndirib.

Müəllif: Adəm

Mənbə: publika.az