Prezident İlham Əliyev qanuna dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev qanuna dəyişiklikləri təsdiqlədi


Azərbaycan Prezidenti İlham Əliyev “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Milli Məclis tərəfindən Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qəbul edilən qanunla, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları əsasında yenilənmiş sənəd rəsmən təsdiq olunub.

Mənbə: www.bakupost.az