Aİ Ukraynaya hərbi dəstək üçün 4,9 milyard avro ayırdı

Aİ Ukraynaya hərbi dəstək üçün 4,9 milyard avro ayırdı

Aİ Şurası Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün 4,9 milyard avro ayrılması barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, vəsaitin 4,7 milyard avrosu üzv ölkələrin Ukraynaya hərbi yardım xərclərinin qismən ödənilməsinə, 230 milyon avrosu isə Ukrayna hərbçilərinin təliminə yönəldiləcək.

Bununla fond vasitəsilə Ukraynaya göstərilən ümumi dəstək 10,8 milyard avroya çatıb.

Bundan əlavə, dondurulmuş Rusiya aktivlərindən əldə edilən 3,5 milyard avro gəlir Ukraynanın sursat, hava hücumundan müdafiə və dron ehtiyaclarına sərf olunub. Dəyəri 1,5 milyard avrodan çox olan hərbi texnika birbaşa Ukrayna müdafiə sənayesindən alınıb.


Mənbə: unikal.az