İranla müharibə Avropa İttifaqına 100 milyard avrodan çox ZƏRƏR VURUB

İranla müharibə Avropa İttifaqına 100 milyard avrodan çox

ABŞ və İsrailin İrana qarşı başladığı müharibə Avropa İttifaqının (Aİ) iqtisadiyyatına 100 milyard avrodan çox zərər vurub.

Bunu İspaniyanın Hökumət sədri Pedro Sançes Aİ sammitində iştirak etmək üçün Brüsselə gələrkən jurnalistlərə açıqlamasında bildirib.

İspaniya Baş nazirinin sözlərinə görə, bu ədalətsiz və əsassız münaqişə bütün üzv dövlətlərə və bütövlükdə Avropaya ağır iqtisadi yük olub:

"Münaqişə nəticəsində yaşayış xərcləri, xüsusilə də enerji qiymətləri kəskin artır. Bu isə avropalıların alıcılıq qabiliyyətini, eləcə də müəssisələrimizin və sənaye sahələrimizin rəqabət qabiliyyətini ciddi şəkildə zəiflədir", — deyə Pedro Sançes vurğulayıb.

Mənbə: bizim.media