Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Naxçıvan Muxtar Respublikasında örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyəti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"nın 2-ci hissəsinə müvafiq əlavə edilib.

Mənbə: publika.az