Cəbrayılda GES tikintisi ilə bağlı - Yeni qərar

Cəbrayılda GES tikintisi ilə bağlı -

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının (GES) tikintisinə icazə alınması müddətinin uzadılması haqqında qərar qəbul edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Cəbrayıl rayonunun inzibati ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyalarının tikintisinə icazə alınmasının müddəti 1 (bir) il müddətinə uzadılıb.

Sənədə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 1-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Mənbə: qafqazinfo.az