Tramp yenə də xalqı qorxutdu - Qaranlıq dövr gələcək

Tramp yenə də xalqı qorxutdu -

Prezident Donald Tramp bildirib ki, Demokratlar aralıq seçkilərdə qalib gələrsə, ABŞ qaranlıq dövrlə üzləşəcək.

Tramp bu barədə Montanada keçirilən mitinqdə bildirib:

"İndiyə qədər sahib olduğumuz ən təhlükəsiz sərhədə sahibik. Ən təhlükəsiz sərhəd. Amma unutmayın ki, əgər onlar (Demokratlar) ara seçkilərdə qalib gəlsələr, bir az da olsa qalib gəlməyə başlasalar, bizi əvvəlki vəziyyətimizə qaytaracaqlar. Mən buna “qaranlıq əsr”deyirəm".

O, ştatın seçicilərinin buna imkan verməyəcəyinə əminliyini ifadə edib.

Nümayəndələr Palatasının yeni tərkibini və 35 Senat yerinin taleyini müəyyən edəcək seçkilər 3 noyabrda keçiriləcək. Respublikaçılar hazırda Konqresin hər iki palatasına az fərqlə nəzarət edirlər.

Müəllif: Tural

Mənbə: publika.az