Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı

Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı

Yeni Dehliyə uçan təyyarədə saxlanılan Tarakanların xalq partiyası (Cockroach Janta Party) lideri Abhijit Dipke azadlığa buraxılıb.

Bu barədə ANI nəşri məlumat yayıb. Qeyd edilib ki, siyasətçinin azadlığa çıxmasını onun vəkili Sutik Banerci də təsdiqləyib.

Məlumata görə, tarakanların xalq partiyasının digər iki fəalı da azadlığa buraxılıb.

"Hər üç şəxs azadlığa çıxıb və onlar sərbəst buraxılıblar", - məqalədə yazılıb.

Qeyd edək ki, Cockroach Janta Party Hindistandakı hakim partiya olan Bharatiya Janata Party (BJP) adından ilhamlanaraq yaradılmış və sosial mediada mizah yolu ilə böyüyən gənclər hərəkatıdır. Hindistan Ali Məhkəməsinin baş hakimi Surya Kant işsiz gəncləri tarakanlara bənzətdikdən sonra, gənclər bu təhqiramiz ifadəni bir etiraz simvoluna çevirərək bu hərəkatı başladıblar.

Müəllif: Tural

Mənbə: publika.az