ABŞ Konqresi Rusiya neftinin alışını dayandıracaq qanun layihəsi hazırlayır.
Məlumatı Respublikaçı konqresmen Brayan Fitspatrik açıqlayıb. "Ronald Reyqanın Güc Vasitəsilə Sülh Qanunu" adlı ikipartiyalı sənədin spikerin maneələrini aşmaq üçün petisiya əsasında səsverməyə çıxarılması planlaşdırılır.
Bu, Trampın Rusiyaya qlobal bazarlarda dizel yanacağı satmağa icazə verməsindən bir gün sonra elan edilib. "Bu, səs çoxluğu ilə təsdiqlənəcək", Fitspatrik yazıb.
Mənbə: musavat.com