“Amerikalı milyardere məxsus “Boring Company” şirkəti Rusiya ilə ABŞ arasında tunel tikintisinə başlamalıdır”.
Bu təkliflə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev çıxış edib.
Dmitriyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib:
“The Boring Company” üçün Rusiya və ABŞ-ni, Avrasiya və Amerikanı birləşdirəcək “Putin — Tramp” tunelinin tikintisinə başlamaq vaxtı çatıb”.
O, paylaşımında Berinq boğazının altından keçə biləcək tunelin təxmini sxemini də təqdim edib. Layihə reallaşacağı təqdirdə iki qitəni birləşdirərək dünyanın ən böyük infrastruktur təşəbbüslərindən birinə çevriləcək.
Mənbə: qafqazinfo.az