Azərbaycanın İslamabadakı səfiri İrfan Davudov Pakistan Xarici İşlər Nazirliyinin İƏT və Mərkəzi Asiya ölkələri üzrə baş direktoru Həsən Əli Zaiğamla görüşüb.
Bu barədə Azərbaycanın Pakistandakı səfirliyinə istinadən xəbər verir.
Tərəflər ikitərəfli münasibətlər, regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, Azərbaycanla Pakistan arasında davamlı əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.
Qeyd edək ki, İrfan Davudov Prezident İlham Əliyevin avqustun 7-də imzaladığı sərəncamla Azərbaycanın Pakistandakı səfiri təyin edilib.
Mənbə: publika.az