Avropa Komissiyası (AK) Ukraynanın maliyyə çatışmazlığı ilə bağlı açıqlamalarına cavab olaraq Kiyevi islahatlara diqqət yetirməyə çağırıb.
Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Qiyom Mersye məlumat verib.
Onun sözlərinə görə, artıq ayrılmış təxminən 20 milyard avroluq büdcə dəstəyinin ayrılması bu islahatlardan asılıdır. Mersye bildirib ki, Avropa Komissiyası bu məsələ ilə bağlı Ukrayna hakimiyyətinə məktub göndərib.
AK nümayəndəsi qeyd edib ki, məsələ Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında ötən həftə Nyu-Yorkda keçirilən görüşdə də müzakirə olunub.
Söhbət ümumi məbləği 45 milyard avro olan kredit proqramının ilk hissəsindən gedir. Avropa İttifaqının kredit proqramı 2026-2027-ci illəri əhatə edir.
Müəllif: Adəm
Mənbə: publika.az