"Rosatom" Ermənistanla birlikdə "Nairit" layihəsi üzərində işləyir.
Bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçev Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
TASS-ın məlumatına görə, Lixaçev deyib: "Biz “Nairit” layihəsi üzərində erməni tərəfdaşlarımızla işləyirik və ümid edirəm ki, kömək edə bilərik".
Bundan əlavə, Lixaçev qeyd edib ki, Ermənistan Atom Elektrik Stansiyasında işlər davam edir.
"Biz Ermənistanı tərk edə bilmərik, çünki stansiyanı genişləndiririk. Orada hansı yolu seçəcəyimizə rəhbərlik qərar verəcək, amma biz oradayıq", - Lixaçev bildirib.
Mənbə: publika.az