Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.
Bu barədə “Index” məlumat yayıb.
Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb.
“Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim”, – baş prokuror bildirib.
Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin “daha bir Orbandan xilas olduğunu” bildirib.
Mənbə: konkret.az