Pakistan ABŞ-dan 10 milyard dollar istəyib

Pakistan ABŞ-dan 10 milyard dollar istəyib

Pakistan qızıl-valyuta ehtiyatlarını gücləndirmək, rupinin məzənnəsini sabit saxlamaq və BVF kreditlərindən asılılığı azaltmaq məqsədilə ABŞ-dan 10 milyard dollarlıq valyuta dəstəyi istəyib.

Bu barədə Reuters məlumat yayıb.

İslamabad müraciəti İran ətrafındakı böhranla bağlı vasitəçilik səylərinə verdiyi dəstəkdən sonra edib və diplomatik rolunun Vaşinqtonla iqtisadi əlaqələri gücləndirəcəyinə ümid edir.


Qeyd olunur ki, təşəbbüs təsdiqlənərsə, ABŞ-ın maliyyə dəstəyi Pakistanın likvidlik problemlərini azaltmağa kömək edəcək. ABŞ Maliyyə Nazirliyi isə müraciəti hələlik şərh etməyib və bununla bağlı yekun qərar verilməyib.



Mənbə: bizim.media