Böyük Britaniya iyul ayından etibarən tamamilə elektron vizalara keçib, onlar artıq vərəqə formasında pasportlara əlavə edilməyəcək.
Bu barədə B.Britaniyanın Moskvadakı səfirliyinin məlumatında deyilir.
"2026-cı ilin iyul ayından etibarən yeni müraciət edənlərə viza-vinyetlərin verilməsi dayandırılacaq. Əvvəllər vərəqə formasında olan və müddəti bitməmiş viza-vinyetlər bitmə tarixinə qədər səyahət üçün qəbul ediləcək. Buna görə də, Böyük Britaniyanın rəqəmsal immiqrasiya statusunun təsdiqlənməsi sisteminə keçidinin başa çatması ilə əlaqədar olaraq, viza-vinyetlər artıq verilməyəcək", - deyə sənəddə bildirilir.
Qeyd olunur ki, yeni viza ərizəsi təqdim edən bütün digər səyahətçilərə elektron viza (eVisa) veriləcək.
Mənbə: www.aznews.az