Hər kəs şəhidlərə olan sevgisini və hörmətini müxtəlif formada ifadə etmək, göstərmək istəyir. Lakin Şuşa kimi siyasi və strateji bir yerdə qayalara şəhidlərimizin, qəhrəmanlarımızın adlarının həkk edilməsi yolverilməzdir.
Bu fikirləri Azərtac-a Balakəndən olan ziyalı, AMEA Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli bildirib .
Məmmədlinin sözlərinə görə tariximizdə yüzillər, hətta minillər boyu xatirəsi yaşayan qəhrəmanlarımızın adları qayalara deyil, qəlblərə, yaddaşlara həkk olunub. “Nə Tomirisin, nə də Babəkin adı daşa, qayaya cızılmayıb, qəlblərə, yaddaşlara yazılmışdı”, - deyən tarixçi alim əlavə edir ki, biz şəhidlərə olan sevgimizi qaya və divarları yazaraq, cızaraq deyil, əməllərimizlə, onların bizə əmanət qoyduğu Vətənə təmənnasız xidmətlə göstərə bilərik. Bu, daha doğru olar.
Mənbə: publika.az