“Fikret Hakanın döymədiyi tək qadın mən idim...”

“Fikret Hakanın döymədiyi tək qadın mən idim...”

Türkiyəli müğənni Ajda Pekkanın bacısı, sənətçi Semiramis Pekkan illər sonra ilk həyat yoldaşı, “Yeşilçam” aktyoru Fikret Hakan haqqında qalmaqallı açıqlamalar verib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, iştirak etdiyi verilişlərdən birində danışan Pekkan hələ 15 yaşında olarkən ailə qurduğu aktyorla cəmi 3 ay davam edən evliliyindən söz açıb.

Sənətçi keçmiş həyat yoldaşının ona fiziki zorakılıq tətbiq etmədiyini, lakin bu təhlükəni hiss etdiyi üçün ondan ayrıldığını bildirib: “Deyəsən, Fikretin əl qaldırmadığı, yəni döymədiyi tək qadın mən idim. O mənə qarşı heç vaxt zorakılıq etmədi desəm, yalan olar. Amma onun bu istəyini hiss edirdim. Elə buna görə də dərhal ayrıldıq. Onsuz da evliliyimiz cəmi üç ay çəkdi”.

Qeyd edək ki, Semiramis Pekkan və Fikret Hakan 1963-cü ildə ailə qurub, qısa müddət sonra isə boşanıblar. Evləndikləri zaman Semiramis Pekkanın cəmi 15, Fikret Hakanın isə 32 yaşı olub. 6 dəfə ailə quran Fikret Hakan müxtəlif illərdə Lale Sarı, Neşecan Paşmak, müğənni Hümeyra, Fatma Zeynəb Mirgün və Tijen Kılıçla nikah masasına oturub. Əsl adı Bumin Qaffar Çıtanak olan Fikret Hakan 11 iyul 2017-ci ildə 83 yaşında vəfat edib.







Mənbə: qafqazinfo.az