44 yaşında üçüncü dəfə ana oldu - Fotolar

44 yaşında üçüncü dəfə ana oldu - Fotolar

Hollivud aktrisası Enn Heteuey və həyat yoldaşı, prodüser və dizayner Adam Şulman üçüncü dəfə valideyn olublar.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, cütlük yeni doğulan körpənin cinsiyyətini və adını hələlik açıqlamayıb.

Qeyd edək ki, 44 yaşlı aktrisa hamiləliyi müddətində daim tədbirlərə qatılmış, zərifliyi və gözəlliyi ilə hamını heyran qoymuşdu.

Xatırladaq ki, E.Heteuey və A.Şulman 2012-ci ildə evləniblər. Məşhur cütlüyün Conatan və Cek adlı iki oğlu var.










Mənbə: qafqazinfo.az